Azərbaycan və BMT arasında əməkdaşlıq proqramı təsdiqləndi

Prezident fərman imzaladı…

Prezident fərman imzaladı.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında əməkdaşlığa dair 2014-2018-ci illər üçün Çərçivə Proqramının təsdiq edilməsi haqqında fərman imzalayıb.

Oxu.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata əsasən, sənəddə deyilir: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında əməkdaşlığa dair 2014-cü il noyabrın 26-da Bakı şəhərində imzalanmış 2014-2018-ci illər üçün Çərçivə Proqramı təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Çərçivə Proqramının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Çərçivə Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Sənaye İnkişafı Təşkilatına bildiriş göndərsin”. 

www.oxu.az