Vergilər Nazirliyi əhalidə formalaşan vergi ödəmə vərdişlərini normaya çevirmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji tədqiqatlar İdarəsinin rəisi Natiq Şirinov cümə günü “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər ” III Vergi Forumunda çıxışı zamanı deyib…
Vergilər Nazirliyi əhalidə formalaşan vergi ödəmə vərdişlərini normaya çevirmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji tədqiqatlar İdarəsinin rəisi Natiq Şirinov cümə günü “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər ” III Vergi Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, ölkənin vergi sisteminin inkişaf vəzifələrindən biridir. İnkişaf vəzifələri “Azərbaycan-2020: Gələcəyə baxış ” İnkişaf Konsepsiyasında yer alıb.
N.Şirinov bildirib ki, konsepsiya vergi sistemi üçün aşağıdakı missiyaları müəyyənləşdirir: beynəlxalq standartlara cavab verən vergi sisteminin formalaşdırılmasının başa çatması, innovativ iqtisadiyyatın inkişafını təmin edən və iqtisadiyyatın qeyri-neft sektorunun ixrac potensialını gücləndirən vergi siyasətinin aparılması, vergi ödəyiciləri ilə tərəfdaşlıq prinsiplərinin yaradılması, əhalinin vergi odəmə vərdişlərini normaya çevirmək.
İdarə rəisinin sözlərinə görə, nazirlik bunun üçün 2013-2020-ci illərdə vergi sisteminin inkişafı üzrə strateji plan və 2013-2020-ci illərdə vergi sisteminin inkişafı strategiyasını təsdiq edib.
O, həmçinin son 10 ildə Azərbaycanın vergi sahəsində qazanılan uğurlardan danışıb: “Bu dövr ərzində vergi daxilolmaları 6,6 dəfə, qeyri-neft sektorundan daxilolmalar 6,1 dəfə, qeyri-dövlət sektorunda daxilolmalar 9,3 dəfə, regional gəlirlər 127 dəfə, vergi ödəyicilərinin sayı isə 6,1 dəfə artıb “.
Trend.az