Azərbaycanda bir sıra şirkətin bina layihələndirmək lisenziyası dayandırılıb

Economics. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir neçə şirkətin «Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi» fəaliyyət növü ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığı (lisenziya) dayandırıb…

Economics. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir neçə şirkətin «Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi» fəaliyyət növü ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığı (lisenziya) dayandırıb.

 

Buna səbəb həmin şirkətlərin lisenziya şərtlərinə və tələblərinə riayət etməməsi olub.

 

Komitədən «APA-Economics»ə verilən məlumata görə, Komitənin qərarı ilə «Art Akademiya», «Sentr-İMD», «Azərbaycan John Brown» şirkətlərinə, həmçinin Namik Mədət oğlu Xələfova və Rafael Aydın oğlu Yaqubova verilmiş lisenziyalar ləğv olunub.

 

/Apa/