Azərbaycanda metrobuslar peyda ola bilər

Hal-hazırda bu məsələ nəzərdən keçirilir…

Hal-hazırda bu məsələ nəzərdən keçirilir.

Sürətli avtobus qovşağı (BRT və ya metrobus) Azərbaycanda İslam İnkişaf Bankı (İDB) tərəfindən nəzərdən keçirilir.

Oxu.Az Abc.az-a istinadən bildirir ki, bankdan verilən məlumata görə, Ciddə 24-dən 26 aprel tarixinə qədər İDB, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Beynəlxalq avtonəqliyyat İttifaqının (İRU) təşkil etdiyi avtobus daşımalarının yaxşılaşdırılması və BRT üzrə treninq keçirilir. 

Tədris seminarı Azərbaycan, Albaniya, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Misir, BƏƏ və Omandan olan şəhər nəqliyyat sistemləri üzrə ixtisaslaşmış və qərar qəbul edən mütəxəssisləri toplayıb.

Seminar sürətli avtobus qovşağının yaradılması – tələbatın analizi, dəhlizin seçilməsi, biznes-struktur, maraqlı tərəflərin iştirakı, ümumi nəqliyyat sisteminə inteqrasiya və s. bu kimi məsələlərin tədris edilməsinə istiqamətlənib. 

Türkiyədə mikroavtobuslarda BRT 2007-ci ildən buraxılıb, onun əsasında praktiki seminarlar keçiriləcək. Türk BRT qitələrarası yeganə sürətli avtobus qovşağıdır.

www.oxu.az