Şimal küləyi bəzi ərazilərdə güclənib, çovğun olub…
Şimal küləyi bəzi ərazilərdə güclənib, çovğun olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, yanvarın 30-dan başlayaraq ölkə ərazisində hava şəraiti daha da kəskinləşib. Bu gün də intensiv və güclü qar yağıb, şaxta qeydə alınıb.
Qar örtüyünün hündürlüyü Nabranda 52 sm, Sarıbaşda 26 sm, Lənkəranda 23 sm, Lerikdə 21 sm, Altıağacda 19 sm, Qubada 18 sm, Qubanın dağlıq ərazilərində 15-19 sm, Göygöl, Oğuzda 17 sm, Yardımlıda 16 sm, Şəki, İsmayıllıda 12 sm, Göytəpədə 11 sm, Kəlvəz, Xaçmaz, Qəbələdə 10 sm, Göyçay, Xınalıq, Cəfərxanda 8 sm, Şamaxı, Kişçay, Ağdərədə 6 sm, Sabirabad, Gədəbəydə 4 sm, Ordubad, Tərtər, Zərdab, İmişli, Salyanda 3 sm, Mingəçevir, Tovuz, Zaqatala, Gəncədə 2 sm, Bakıda 16 sm, Pirallahı, Maştağada isə 4 sm təşkil edib.
Şimal küləyi bəzi ərazilərdə güclənib, çovğun olub.
Havanın minimal temperaturu Abşeron yarımadasında 3-5, aran rayonlarında 2-5, dağlıq rayonlarda 5-8, Naxçıvan MR-də 0-5 dərəcə şaxta təşkil edib.
/oxu.az/