“İranda stomatoloq olan Azərbaycana gəlib…”…
“İranda stomatoloq olan Azərbaycana gəlib…”.
Azərbaycana xaricdən gələn həkimlərlə bağlı müvafiq qadağalar qoyula bilər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsi qanunvericiliyə təkliflər hazırlayacaq.
Komitənin bu gün keçirilən iclasında komitə sədrinin müavini Musa Quliyevbildirib ki, bununla bağlı yeni təkliflərin bu sessiya dövründə parlamentdə müzakirəyə çıxarılması nəzərdə tutulur.
O qeyd edib ki, qadağalar xaricdən gələn həkimlərin Azərbaycanda başqa tibbi fəaliyyət növü üzrə işləmələri ilə bağlı olacaq:
“Məsələn, İranda stomatoloq olan Azərbaycana gəlib ginekoloq kimi fəaliyyət göstərir. Bu isə ciddi fəsadlara gətirib çıxarır. Bizim artıq özümüzdə xeyli ixtisaslaşmış həkimlərimiz var və xaricdən gələnlərə ehtiyac görmürük”.
Təklif komitə üzvləri tərəfindən də dəstəklənib.