Azərbaycanda yazılı abidələrin qorunmasına dair yeni qanun hazırlanır. Trend-in məlumatına görə, bunu millət vəkili Rafael Hüseynov Milli Məclisin Mədəniyyət komitəsinin iclasında çıxışı zamanı deyib…
Azərbaycanda yazılı abidələrin qorunmasına dair yeni qanun hazırlanır. Trend-in məlumatına görə, bunu millət vəkili Rafael Hüseynov Milli Məclisin Mədəniyyət komitəsinin iclasında çıxışı zamanı deyib.
Deputatın sözlərinə görə, “Azərbaycanın yazılı abidələri haqqında ” qanun layihəsi əlyazmalar irsinin, daş abidə və kitabələrin və s. qorunmasını nəzərdə tutur.
Onun sözlərinə görə, bu, həm də siyasi məsələdir: “Bu gün dünyada Azərbaycan sərvətlərinin mənimsənilməsi gedir. Bu irsi qorumaq, xalqa çatdırmaq, dünya miqyasında tanıtmaq lazımdır. Bunun üçün qanuni baza da yaradılmalıdır “.
Trend.az