Azərbaycandan Macarıstana birbaşa aviareyslər açıla bilər

Artıq hüquqi baza yaradılıb…

Artıq hüquqi baza yaradılıb.

Noyabrın 11-də İlham Əliyevin Macarıstana səfəri zamanı Azərbaycan ilə Macarıstan arasında “Hava əlaqəsi haqqında” saziş imzalanıb. Həmin sənədə görə hər iki ölkənin aviaşirkətləri tərəfindən qarşılıqlı uçuşlar həyata keçirilməsi üçün tələb olunan hüquqi baza yaradılıb. Bu baxımdan “Azərbaycan Hava Yolları”nın Budapeştə birbaşa reys açması müzakirəyə çıxarıla bilər.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri “Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib.

Macarıstanın “WizzAir” aviaşirkətinin qış mövsümündə Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə uçuşlar həyata keçirməməsi ilə bağlı sualı cavablandıran M.Səfərli bildirib ki, “WizzAir”in bu istiqamətdə uçuşları gələn ilin mart ayından sonra reallaşacaq.

www.oxu.az