Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının buraxılışı prosesi tezləşdiriləcək

Tərəflər əməkdaşlıq məsələlərini müzakirə edib…

Tərəflər əməkdaşlıq məsələlərini müzakirə edib.

Dərbənd şəhərində Şimali Qafqaz Gömrük İdarəsi və Dağıstan gömrüyünün vəzifəli şəxsləri ilə Azərbaycanın Dövlət Gömrük Komitəsinin nümayəndələri arasında işgüzar görüş keçirilib. 

Bu barədə Oxu.Az RİA Dağıstan agentliyinə istinadən xəbər verir. 

“Görüşdə tərəflər məhsul və nəqliyyat vasitələrinin öncədən rəsmiləşdirilməsinin təmin olunması, Azərbaycanın gömrük sərhəddindən keçid üçün qarşılıqlı əməkdaşlıq, Rusiya və Azərbaycan arasında gömrük orqanalrı arasında əməkdaşlıq və yük dövriyyəsinin artırılması məqsədilə Azərbaycan-Rusiya sərhədindən kənd təsərrüfatı məhsullarının buraxılışı prosesinin tezləşdirilməsi məsələləri müzakirə olunub”, – deyə Dağıstan gömrüyündən bildiriblər. 

Tərəflər həmçinin bu cür görüşlərin 2015-ci ildə də keçirilməsinə dair razılığa gəliblər. 
Dağıstan gömrüyü Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə mütəmadi olaraq əməkdaşlığın gücləndirilməsi üzrə işlər aparır. 

www.oxu.az