Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 120-210, Lənkəran-Astara bölgəsi çaylarında 30-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir…

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 120-210, Lənkəran-Astara bölgəsi çaylarında 30-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, fevralın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 121 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər çox olmaqla 130 m3/s və ongünlük normanın 78 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 69 m3/s təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.

 

Fevralın 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə edilib. Belə ki, Kür çayının Şirvan məntəqəsində 5, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 20 sm artım, Surra məntəqəsində 2 sm azalma müşahidə edilib, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 443 sm, Şirvanda 322 sm, Salyanda 280 sm, Bankədə 246 sm, Araz çayının Novruzlu məntəqəsində isə 210 sm təşkil edir.

 

Apa.az