Azərbaycanın döyüş sursatları milli istehsal hesabına təmin ediləcək

“Bizim istehsal etdiyimiz sursatların bəzi parametrləri xarici analoqlarını üstələyir”…

 

“Bizim istehsal etdiyimiz sursatların bəzi parametrləri xarici analoqlarını üstələyir”.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) bu ilin sonlarından Silahlı Qüvvələrin və güc strukturlarının döyüş sursatlarına olan ehtiyaclarını tam şəkildə təmin edəcək.

Oxu.Az xəbər verir ki, bunu APA-ya müdafiə sənayesi naziri Yavər Camalovdeyib.

Nazir bildirib ki, hazırda MSN-in müəssisələrində tapança, avtomat, snayper tüfəngləri, pulemyotlar, minaatanlar, müxtəlif qumbaraatanlar, lüləaltı qumbaraatanlar, həmçinin ov tüfəngləri üçün fərqli çaplarda döyüş sursatları istehsal edilir: 

“Bizim istehsal etdiyimiz sursatlar öz keyfiyyətinə görə xarici analoqlarından nəinki geri qalmır, hətta bəzi parametrləri baxımından onları üstələyir”.

Y.Camalov qeyd edib ki, yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılan zavodlarda tanklar və müxtəlif çaplı artilleriya vasitələri üçün döyüş sursatlarının istehsalı həyata keçiriləcək: 

“Bununla da qeyd olunan sahədə ordunun tələbatı tam olaraq milli istehsal hesabına qarşılanmış olacaq”.

www.oxu.az