Azərbaycanlı girovlar apellyasiya şikayəti verdilər

Onlar günahkar olmadıqlarını bildiriblər…

Onlar günahkar olmadıqlarını bildiriblər.

Ermənistanda həbsdə saxlanılan Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev appelyasiya şikayəti veriblər.

Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onların vəkilləri məhkəmə qərarından şikayət verəcəklər, belə ki, onların müdafiə etdiyi şəxslər günahkar olmadıqlarını bildiriblər. 

Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Bir müddət əvvəl erməni separatçıları qondarma “məhkəmədə” Dilqəm Əsgərova ömürlük, onunla birlikdə girov götürülmüş Azərbaycan vətəndaşı Şahbaz Quliyevə isə 22 il həbs cəzası veriblər.

www.oxu.az