Tahir Bəşirovun minaya düşdüyü bildirilir…
Tahir Bəşirovun minaya düşdüyü bildirilir.
Ukrayna ordusunda separatçılara qarşı döyüşən azərbaycanlı hərbçi həlak olub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, həmyerlimiz Bəşirov Tahirin Luqansk vilayətində separatçılarla gedən döyüşlərdə həlak olduğu bildirilir.
Ukrayna ordusunda xidmət edən 30 yaşlı Tahir Bəşirovun minaya düşdüyü bildirilir. Soydaşımız bu gün Kiyev şəhərində dəfn olunub.
Məlumata görə, dəfn mərasimində Ukraynanın rəsmi nümayəndələri ilə yanaşı, bu ölkədə yaşayan azərbaycanlılar da iştirak edib.
Son döyüşlərdə daha bir azərbaycanlı hərbçi yaralanıb. Hazırda həmin şəxsin kimliyi ilə bağlı araşdırmalarımız davam edir.