Azərbaycanlı İŞİD-ə kələk gəldi

İslamov pulu götürərək, aradan çıxıb…

İslamov pulu götürərək, aradan çıxıb.

Döyüşlərə qoşulmaq bəhanəsi ilə İŞİD-dən 1500 dollar alan Ehtiram İslamov pulu da götürərək aradan çıxıb.

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, bu xəbəri eşidənlər heyrətə gəlib. Azərbaycandan İstanbula gedərək İŞİD-ə qoşulmaq istədiyini deyən Ehtiram İslamov adlı dələduz İŞİD-in azərbaycanlı qrupu ilə əlaqə saxlayıb.

İŞİD maddi ehtiyacı olduğu üçün həmyerlimizə 1500 dollar ödəyib.

E.İslamov yenidən İŞİD döyüşçüləri ilə əlaqə yaradaraq 11 nəfər olduqlarını deyib.

İŞİD-in azərbaycanlılardan ibarət qrupu bu şəxsdən şübhələnib. E.İslamov isə aradan çıxaraq izini itirib.

www.oxu.az