Azərbaycanlı miqrantlar Rusiyada imtahan verir

İmtahan ödənişlidir…

İmtahan ödənişlidir.

Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan əmək miqrantları Rusiyada rus dili, tarixi və qanunlardan imtahan verir. Kompleksli imtahan miqrantlara Rusiya Federasiyasında qanun əsasında yaşamaq və işləmək üçün lazımdır. 

Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, miqrantlar əsasən tarix imtahanında çətinlik çəkirlər. “Rusiyada xristianlıq hansı knyazın zamanında qəbul olunub?”, “İlk qadın kosmonavtın adı nədir?” kimi sadə suallar miqrantları çətin vəziyyətə sala bilir. 

İmtahan ödənişlidir, təxminən 5 min rubldur (61 manat). Təkrar imtahanın da ödənişi təxminən bu qədərdir. 

www.oxu.az