Azərbaycanlı oğru Suriyada mücahid ola bilmədi

“Orada narkotikin guya havayı paylandığını eşidib”…

“Orada narkotikin guya havayı paylandığını eşidib”.

Ağcabədi rayonunda qəribə hadisə baş verib.

Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, Ağcabədi rayon polis idarəsindən bildirilənə görə, cari ilin 12 fevral tarixində baş verən əmlak oğurluğunda şübhəli bilinən Namiq Əsgərov (1981) mücahidlərə qoşulub Suriyaya getməsi barədə şayiə yayıb.

12 fevral tarixində Ağcabədi rayon sakininin mağazasından 25 000 dollarlıq zinət əşyaları oğurlanıb. İlkin istintaq zamanı müəyyən edilib ki, qarətdə üç nəfərdən ibarət qrup iştirak edib. Nəzarət kameraları qarət anını qeyd edib və əməliyyatçılar şübhəli şəxslərin şəxsiyyətini müəyyən ediblər. Onlardan birini polis artıq saxlayıb.

Namiq Əsgərov Ağcabədi RPİ əməkdaşları ilə əlaqə quraraq Suriyada olduğunu deyib.

“O, ora heç də vuruşmağa getməyib. O, kimdənsə Suriyada narkotikin guya havayı paylandığını eşidib, o da narkotik vasitələrin istifadəçisi olduğu üçün ona belə perspektiv çəkici görünüb. Amma Suriyaya çatmayıb, çünki İrandan buraxmayıblar”, – Ağcabədi RPİ-də deyiblər.

Məlumdur ki, Əsgərov qarət hadisəsindən sonra Azərbaycanı tərk edib. Onunla bərabər əlbiri də qaçmaq istəyib, amma onun sənədləri qaydasında olmayıb.

İstintaqı çaşdırmaq üçün Əsgərov zəng edərək Suriyada olduğunu deyib. Əməliyyatçılar müəyyən ediblər ki, zəng İrandan gəlib. Bir qədər sonra isə Əsgərovun Moskvada olduğu aydın olub.

Namiq Əsgərov ailəni biabır etdiyi üçün atası ondan üz döndərib, qardaşı isə onunla əlaqə saxlayırdı. Və beləliklə, Moskvadan gələn növbəti zəng zamanı qardaşı Əsgərova zərərçəkən tərəfə kompensasiya ödəmək üçün evi satmalı olduqlarını deyib.

Bunu bilən Əsgərov vicdan əzabı çəkərək əməliyyatçılarla əlaqə saxlayıb və oğurladığı qızılı ata evinin zirzəmisində gizlətdiyini deyib.

Polis əməkdaşları qızılı deyilən yerdə tapıblar. Amma zinət əşyalarının bir hissəsini qarətçilər satmağı və xərcləməyi çatdırıblar.

Bundan başqa, Əsgərov polislərə Moskvada pul qazanaraq kompensasiyanın qalan hissəsini ödəyəcəyinə söz verib.

Məlumata görə, bu gün üçün adıgedən qrupun cinayət işində 10-a yaxın qarət hadisəsi var. Şübhəli şəxslərin saxlanılması üzrə axtarışlar davam edir.

www.oxu.az