Azərbaycanlı qadın və erməni kişi qol-boyun oldular

Ohancanyan Xocalıya görə Azərbaycandan üzr istəyən yeganə ermənidir…

Ohancanyan Xocalıya görə Azərbaycandan üzr istəyən yeganə ermənidir.

“Facebook” sosial şəbəkəsində azərbaycanlı hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva ilə Helsinki Vətəndaş Asambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri, erməni Karen Ohancanyanın birgə fotosu yayılıb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, foto Gürcüstanda – Tiflisdə çəkilib.

Həmin fotonu təqdim edirik.

Qeyd edək ki, A.Abdullayeva Azərbaycan hökumətini tənqid etdiyi kimi, Karen Ohancanyan da Ermənistan hökumətini tənqid edir. O, həm də Ermənistanda yeganə adamdır ki, Xocalı faciəsinə görə Azərbaycandan üzr istəyib. Ohancanyan bunu 2009-cu ildə “Azadlıq” radiosuna müsahibəsində deyib:

“Mən Ermənistanda yeganə adamam ki, Xocalıda yaşayan Azərbaycan millətindən olan dinc vətəndaşlara qarşı zorakılığa görə şəxsən öz adımdan üzr istəmişəm. Biz çalışmalıyıq ki, gələcəkdə xalqlarımız arasında belə zorakılıqlar yaşanmasın.

Biz əlimizdən gələni etməliyik ki, barışıq prosesi başlasın, bizim xalqlar dinc yanaşı yaşasınlar. Xocalı bizim tariximizdə çox kədərli bir faktdır. Biz bunu unutmamalıyıq və çalışmalıyıq ki, belə hadisə bir də baş verməsin”.

 

/Oxu.az/