Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 27-də saat 16.30-dan 16.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi;
– saat 16.35-dən 16.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
– saat 18.40-dan 18.45-dək, 22.45-dən 22.50-dək və noyabrın 28-də saat 04.30-dan 04.35-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
– saat 04.40-dan 04.45-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.