Dağlıq Qarabağ münaqişəsi həll edilənədək Azərbaycanın beynəlxalq humanitar təşkilatlarla əməkdaşlığa ehtiyacı var. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənənov belə hesab edir.
“Azərbaycan dövləti məcburi köçkünlərin bütün problemlərini həll etmək iqtidarındadır və bunu əksər beynəlxalq humanitar təşkilatlar qeyd edirlər, lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin salınmış məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca, əməkdaşlığı davam etdirmək lazımdır “, – Trend-in məlumatına görə, Baş nazirin müavini cümə günü “Azərbaycanda məcburi köçkünlərin və yerli fermerlərin həyat şəraitinin yaxşılaşdırılması – FAO təcrübəsinin ölkənin digər rayonlarında yeni salınan qəsəbələrdə təkrarlanma imkanları ” mövzusunda keçirilən konfransda deyib. Trend.