AzərbaycDağlıq Qarabağla bağlı qəbul olunmuş qərarları yerinə yetirəcəyinə ümid edir

Ümid edirəm ki, AŞ PA öz Bürosunda Dağlıq Qarabağla bağlı qəbul olunmuş qərarların yerinə yetirilməsinə diqqət yetirəcək. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın yay plenar sessiyasının ilk iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov Ermənistan nümayəndə heyətinin AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt komitəsinin fəaliyyətinin bərpa edilməsindən sonra komitənin işində iştirakdan imtina etməsinə və onun fəaliyyət göstərməsinə maneçilik törətməsi məsələsinə münasibət bildirərkən deyib.
“2011-ci ilin yanvarında AŞ PA Bürosu yekdilliklə Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyətinin yenidən bərpa edilməsinə dair qərar verdi. Bu qərar nə bizim, nə də Avropa Şurasının hər hansı bir üzv ölkəsinin qərarı idi. Bu, qurumun Bürosunun yekdilliklə qəbul etdiyi qərar idi və onun mənşəyi 2005-ci ildə qəbul olunan 1416 saylı qətnamədə öz əksini tapırdı… Trend.