Hakim partiya Azərbaycan diplomatiyasının Ermənistanı əsaslı şəkildə dalana dirədiyini hesab edir.
“Azərbaycan diplomatiyası Ermənistanı əsaslı şəkildə dalana dirəyib. Ölkəmizin çevik və hücumçu diplomatik xətti uğurlu nəticələr verməkdədir. Bunun da yekunu nəticə etibarilə ədalətin bərpasına gətirib çıxarmalıdır “, – Trend-in məlumatına görə, bu fikirləri çərşənbə günü hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.
“Bu gün biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar diplomatiyada bir intensivlik müşahidə etməkdəyik. ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısında verilən bəyanat, Minsk qrupunun həmsədrlərinin bölgəyə səfərləri, apardığı danışıqlar bu münaqişə ilə bağlı prosesinin intensivləşdiyini deməyə əsas verir “, – o qeyd edib… Trend.