Rusiya elə birinci gündən Dağlıq Qarabağ münaqişəsini başlanğıcda söndürmək, təmas nöqtələrini tapmaq üçün çox harmonik şəkildə işləmişdir. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Komsomolskaya pravda ” qəzetinə verdiyi müsahibədə bildirib.
“Rusiyaya haqq qazandırmaq lazımdır ki, Ermənistanın bizdən işğal etdiyi Dağlıq Qarabağda atəşkəsin imzalanmasına yardım etmişdi “, – nazir deyib.
Bundan sonra isə fransızlar, amerikanlar və rusiyalıların daxil olduğu həmsədrlik institutu yaranmışdı.
“Variantlar çox idi, 1994-cü ildə atəşkəs rejimi imzalanandan və qəbul olunandan sonra indiyə kimi ölü nöqtədə dayanmış məsələnin razılığa gəlib yerindən tərpətməsinə çox yaxın idik. Son mərhələyə biz Prahada 2004-cü ildə başlamışıq, buna görə o, Praha prosesi adlanır. Onun məntiqi nizamlanmanın mərhələli olmasından ibarətdir “, deyə Məmmədyarov bildirib… Trend.