Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bazar ertəsi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib. Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüş zamanı nazir Azərbaycanın müstəqillik qazandıqdan sonra Avropa ilə sıx əlaqələrindən və hərbi əməkdaşlıq məsələlərindən ətraflı məlumat verib. Görüşdə bölgədə gərgin hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının işğalına şərait yaradan səbəblər, nəticədə bir milyon azərbaycanlının öz doğma yurdundan didərgin düşməsi və digər problemlərdən söhbət açılıb… Trend.