Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təşəbbüsləri prosesə təsir göstərmir

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təşəbbüslər irəli sürməsi bu prosesə nə müsbət, nə də mənfi təsir göstərir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının sadə formulu var, bu da beynəlxalq hüquq normalarına riayət edilməsidir. Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağdakı bütün əhalinin vətəndaş hüquqları bərpa olunmalıdır “, – o deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.