
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə bağlı ilkin seçici fəallığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun verdiyi məlumata görə, respublika üzrə saat 10:00-a olan seçici fəallığı 423361 nəfər (8,51 faiz) təşkil edib.