“Biz hər il bu tədbiri həyata keçiririk”…
“Biz hər il bu tədbiri həyata keçiririk”.
20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-də Tədbirlər Planı hazırlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov qeyd edilən tarixlə bağlı Abşeron şəhərətrafı zonada yanvarın 20-də saat 06:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.
Tədbirlər Planına əsasən, cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir.
Eyni zamanda, anım günü “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.
20 yanvar tarixdə saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.
Nadir Əzməmmədovun qeyd etdiyinə görə, hər il 20 yanvar günü Bakı ətrafı hərəkət edən elektrik qatarlarının hərəkəti pulsuz həyata keçirilir.