“İnterval və saatı göstərən tablolar da dəyişdirilir”…
“İnterval və saatı göstərən tablolar da dəyişdirilir”.
Hazırda Bakı Metropolitenində müasir standartlara cavab verən elektron monitorlar quraşdırılır. Artıq “Ulduz”, “Nərimanov Nərimanov”, “İnşaatçılar”, “Memar Əcəmi” stansiyalarında bu işlər həyata keçirilir.
Bu barədə Oxu.Az-a Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, yeni monitorlar tam quraşdırıldıqdan sonra mərkəzi serverə qoşulacaq və istifadəyə veriləcək.
Təmir edilmiş bəzi stansiyalarda elə əvvəldən elektron monitorlar var idi deyən Nəsimi Paşayev bildirdi ki, əvvəlki lövhələr tamamilə yığışdırılacaq.
Həmin monitordakı məlumatları istənilən zaman dəyişdirmək və ya düzəliş etmək imkanımız olacaq-deyə, mətbuat xidmətinin rəhbəri qeyd edib.
Qısa müddət ərzində bu işləri yekunlaşdırmağa çalışırıq deyən Nəsimi Paşayev vurğuladı ki, eyni zamanda qatarın hərəkət istiqamətini, interval və saatı göstərən tablolar da dəyişdirilir.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qeyd etdi ki, bütün bu yeniliklərin Avropa Oyunları ilə əlaqədar olaraq həyata keçirilir. Buna görə də həmin lövələrin iki dildə olması mütləqdir.
Ülviyyə R. Əli