Bakı səhəri tıxacla açdı – XƏRİTƏ

Yollarda olan son vəziyyət “AvtoFM” radiosunun efirində açıqlanır…

Yollarda olan son vəziyyət “AvtoFM” radiosunun efirində açıqlanır.

Bakının əsas küçə və prospektlərində sıxlıq müşahidə olunur. 

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM)Oxu.Az-a verilən məlumata görə, Koroğlu Rəhimov küçəsinin təmirə bağlanması ilə əlaqədar paytaxtın bəzi küçələrində sıxlıq yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yollardakı vəziyyətlə bağlı yaydığı məlumata əsasən, sıxlıq Fəzail Bayramov küçəsində Xətai metrosu istiqamətində, Gülayə Qədirbəyova küçəsində “Odlar Yurdu” Universiteti istiqamətində, Həsənoğlu küçəsində hər iki istiqamətdə, Təbriz küçəsində (Əhməd Rəcəbli və Həsənoğlu küçələri istiqamətində), Əhməd bəy Ağaoğlu küçəsində Təbriz küçəsi istiqamətində müşahidə olunur.

Sürücülərə alternativ yoldan istifadə etmələri məsləhət görülür.

Yaranmış tıxacın əsas səbəbi kimi Koroğlu Rəhimov küçəsində başlanan təmir işləri göstərilir. Təmir işlərini Bakı şəhər İcra Hakimiyyəti aparır. Yol iki gündən sonra açılacaq.

Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.

 

 

 

 

 

 

 

 

 

/oxu.az/