Bakını iflic edən yol bir həftə ərzində ikinci dəfə təmirə bağlanır – XƏRİTƏ

Təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir…

Təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir.

Bu gün axşam saat 22.00-dan etibarən Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən başlayaraq Fətəli xan Xoyski küçəsinə qədər olan hissəsi iki günlük tam bağlanacaq.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib.

Yolun bağlanmasına səbəb asfalt örtüyünün yenilənməsi və digər təmir işləridir.

Həmin ərazidə təmir işləri bazar ertəsi günü başa çatdırılacaq.

Bununla əlaqədar sürücülərdən alternativ yollardan istifadə etməsi tövsiyə olunur.

Təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir.

Xatırladaq ki, Koroğlu Rəhimov küçəsində nəqliyyatın hərəkəti ötən həftə təmir işlərinin aparılması ilə əlaqədar tam olaraq məhdudlaşdırılıb ki, bu da Bakıda nəqliyyatın hərəkətinin iflic olmasına səbəb olub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

/oxu.az/