Bakının əsas prospekti təmirə bağlandı

Koroğlu Rəhimov küçəsi açıldı…

 

 

Koroğlu Rəhimov küçəsi açıldı.

Bakının əsas prospektlərindən biri təmirə bağlanıb.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a daxil olan məlumata görə, Nobel prospekti Zığ şossesi istiqamətində (“Ağ şəhər”in qarşısı) yolun 3 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması aparılan qazıntı işləri ilə əlaqədardır. 

Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

Əlavə edək ki, bu gün Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri yekunlaşdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.

 

/Oxu.az/