Bakının əsas yollarından biri təmirə bağlanıb- XƏRİTƏ

Yollarda olan son vəziyyət “AvtoFM” radiosunun efirində açıqlanır…

Yollarda olan son vəziyyət “AvtoFM” radiosunun efirində açıqlanır.

Bakının əsas yollarından biri təmirə bağlanıb.

Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata əsasən, Tbilisi prospekti – kənar yolda Cavadxan küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. 

Yolun bağlanması təmir işləri (yol genişlənməsi) ilə əlaqədardır.

Sürücülərdən alternativ olaraq Tbilisi prospekti – Əsas yoldan (yol ötürücüsü ilə) və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur.

Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.

Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.

 

 

 

 

 

 

 

 

 

/Oxu.az/