Baş nazirdən – VACİB QƏRAR

Nazirlər Kabineti qaydalarda dəyişiklik edib…

Nazirlər Kabineti qaydalarda dəyişiklik edib.

Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilməsi ilə bağlı qərar verib. 

Qərarla “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na aşağıdakı məzmunda 22.1-1-ci bənd əlavə edilib:

“22.1-1. Ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilir.”.

www.oxu.az