Baş nazirin müavini: Hökumət Kəlbəcər girovlarının azad edilməsinə çalışır

“Ermənilər özlərinin əsl mahiyyətini üzə çıxarmış olacaqlar”…

“Ermənilər özlərinin əsl mahiyyətini üzə çıxarmış olacaqlar”.

Kəlbəcərdə erməni işğalçılarının girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün çox ciddi işlər görülür.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, girovlara qondarma məhkəmənin qurulması Ermənistan hökuməti və bu ölkədəki rejimin Azərbaycan xalqına nə dərəcədə düşmənçilik mövqeyində dayanması, nə qədər aqressiv mövqe tutduğunu göstərdi:

“Bununla da ermənilər özlərini bir daha beynəlxalq ictimaiyyət qarşısında biabırçı vəziyyətə salırlar. Nə qədər ki, girovlarımıza qarşı bu mövqedən çıxış edəcəklər, bir o qədər dünya qarşısında öz həqiqi mahiyyətlərini göstərəcəklər”.

www.oxu.az