Baş redaktor “Qarabağ”dan üzr istədi

“Qarabağ” Azərbaycan klubu kimi təqdim edilib…

“Qarabağ” Azərbaycan klubu kimi təqdim edilib.

Fransanın tanınmış qəzetlərindən birində “Qarabağ” klubu ilə bağlı verilmiş yanlış məlumata görə qaldırılmış məsələ həllini tapıb. 

Xarici İşlıər Nazirliyindən Oxu.Az-a daxil olan xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, səfirlik tərəfindən bu narahatlıq doğuran məsələ qəzetin baş redaktoru Fabrice Jouhaudun qarşısında qaldırılıb:

“Qəzetin Baş redaktoru Fabrice Jouhaud bu məsələnin təəssüfedici səhv olduğunu etiraf edərək, Azərbaycan cəmiyyəti və “Qarabağ” futbol klubunun azarkeşləri tərəfindən həssaslıqla qarşılanan bu yazıya görə üzr istəyib və səhvin aradan götürüldüyünü bildirib.”

Bildirək ki, Fransanın “lequipe.fr” saytı Azərbaycanın “Qarabağ” klubunun Çempionlar Liqasında qrupdan çıxmaq şanslarını təhlil edən yazıda klub Ermənistan klubu kimi təqdim edib.

Azərbaycanın Fransadakı səfirliyinin müdaxiləsindən sonra sözügedən məqaləyə düzəlişlər olunub; “Qarabağ” Azərbaycan klubu kimi təqdim edilib.

Məqalənin redaktə edilmiş yeni və köhnə versiyalarını təqdim edirik:

 

 

 

 

 

 

 

 

 

/Oxu.az/