Belkovski: Ukraynadan sonra Putin Qarabağı tanıyacaq

“Nə Azərbaycan, nə də Türkiyə Dağlıq Qarabağ üçün vuruşmayacaq”…

“Nə Azərbaycan, nə də Türkiyə Dağlıq Qarabağ üçün vuruşmayacaq”.

Ukraynanın bir hissəsinə öz təsirini gücləndirdikdən sonra Rusiya prezidentiVladimir Putin Dağlıq Qarabağ və Latviya ilə məşğul olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Exo Moskvı” radiostansiyasına müsahibə verən Rusiya politoloqu Stanislav Belkovski bəyan edib.

“Vladimir Vladimiroviç Ukrayna ilə işini bitirdikdən sonra, Ermənistanın Gömrük ittifaqına daxil olması şərti altında Dağlıq Qrabağı da tanıyacaq. Hesab edirəm ki, Ukraynadan sonra onun üçün əsas məsələ – Dağlıq Qarabağı tanımaq olacaq, bunun sayəsində isə o, ABŞ, Kanada və Fransada olan erməni lobbisinin dəstəyini əldə edəcək, bu isə xarici siyasət baxımından Rusiya üçün çox vacibdir. Və bir də – Latviyada rusiyayönümlü qüvvələrin hakimiyyətə gəlməsi, ona Baltikaya ayaq açmağa imkan verəcək. Estoniya və Litvada bunu bacarmır, Latviyada isə bacarır”.

Belkovskinin fikrinə görə ora kontingentin göndərilməsi yolu ilə Dağlıq Qarabağın müstəqilliyini tanıması – bu da özlüyündə “hərbi planda təhlükəli deyil, çünki aydındır ki, Rusiya onun müstəqilliyini tanıdıqdan və orda Rusiya kontingenti yerləşdirildikdən sonra, nə Azərbaycan, nə də Türkiyə Dağlıq Qarabağ üçün müharibə etməyəcək”.

www.oxu.az