BMT baş katibi Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyir

BMT-nin baş latibi Pan Gi Mun Vyanada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə dəstək verdiyini bildirib…

BMT-nin baş latibi Pan Gi Mun Vyanada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə dəstək verdiyini bildirib. Trend-in məlumatına görə, bu barədə cümə günü Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Tərəflər, həmçinin BMT-nin gündəliyində olan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Suriyada baş verən hadisələrin müzakirəsi zamanı tərəflər dinc əhalinin, o cümlədən suriyalı ermənilərin problemlərinə toxunublar.

Nalbandyan, həmçinin Vyanada ATƏT-in baş katibi Lamberto Zannierlə görüşüb. Həmsöhbətlər ATƏT-in gündəliyindəki məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.

Nalbandyan iranlı həmkarı Əli Əkbər Salehi ilə də görüşüb. Söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub.

/Trend/