Çalyan Nyu-Yorka göndərdiyi mühazirələrdə məlumatları təhrif edib…
Çalyan Nyu-Yorka göndərdiyi mühazirələrdə məlumatları təhrif edib.
BMT yanında Rusiya Federasiyası daimi nümayəndəliyi çərşənbə günü Reuters agentliyinin məqaləsinə dair narazılıq bildirib. Qalmaqalın mərkəzində olan məqalə Darfurda BMT və Afrika İttifaqı ilə birgə missiyanın (UNAMİD) rusiyalı əməkdaşına aiddir.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Burada ingilis dilində yayılan bəyanatda daimi nümayəndəlik materialı “çirkli jurnalistika nümunəsi” adlandırır və onun müəllifi Lusi Şarbonno və redaktorun faktların təhrifinə görə işdən azad edilməsini tələb edir.
Dekabrın 14-də Reuters-də dərc edilmiş məqalədə UNAMİD-in rusiyalı nümayəndəsi Karen Çalyandan söhbət gedir. Onun vəzifədən azad edilməsi üçün ABŞ, Böyük Britaniya və Fransa çalışır.
Agentliyin məlumatına görə, Çalyan sülhməramlı missiyanın qərargahının rəisidir və BMT-nin baş qərargahından və Təhlükəsizlik Şurasından Sudan hakimiyyəti tərəfindən törədilən cinayətlər haqqında məlumatın saxlanılmasına əsas cavabdehliyi daşıyır.
Reuters-ın anonim mənbələrdən aldığı məlumata görə, diplomatlar və rəsmi şəxslər iddia edirlər ki, son aylarda üç ölkə BMT-nin baş katibinə sülhməramlı əməliyyatlar üzrə əməkdaş Erve Ladsusun işinə dair dəfələrlə şikayət ediblər.
Bununla yanaşı, faktların təhrifinə dair UNAMİD əməkdaşının cavabdehliyinə dair versiyanın təsdiqi olaraq, Lusi Şarbonno missiyanın keçmiş nümayəndəsi Aişa əl-Bəsrinin, Çalyanın BMT-nin Nyu-Yorkdakı baş qərargahına göndrilən məlumatda faktları təhrif etməsinə, eləcə də “sudan hakimiyyəti tərəfindən dinc əhalinin bombardman edilməsinə” dair press-relizlərin çap edilməsinə maneçilik törətməsinə dair “ifadəsini” göstərir.
UNAMİD ətrafında qalmaqal BMT əməliyyatlar Departamenti sülhün qorunması üçün daxili araşdırmanın təşəbbüskarı olmasına gətirib çıxardı.
Oktyabrın sonunda yoxlamanın nəticələrinə görə missiyanın dinc əhaliyə və sülhməramlılara qarşı törədilən cinayətlərin məqsədyönlü şəkildə gizlədilməsinə dair sübut tapılmadığı elan edildi. Bununla yanaşı müstəntiqlər aşkar ediblər ki, UNAMİD ən azı beş dəfə bu qəbildən olan qayda pozuntularla əlaqədar ola biləcək insidentlər haqqında məlumatı çatdırmayıblar.