BMT İsraildən nüvə obyektlərini açmağı tələb etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) ümumi iclasında İsrailin nüvə silahlanmasından imtina etməsi və nüvə obyektlərinin beynəlxalq təftişinə icazə verməsini nəzərdə tutan qanun layhəsini qəbul edib…

Birləşmiş Millətlər Təşkilatının (BMT) ümumi iclasında İsrailin nüvə silahlanmasından imtina etməsi və nüvə obyektlərinin beynəlxalq təftişinə icazə verməsini nəzərdə tutan qanun layhəsini qəbul edib.

 

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, qanun layihəsinin lehinə 161 ölkə səs verib, 5 ölkə əleyhinə çıxıb, 18 ölkə isə bitərəf qalıb.

 

Misir tərəfindən təqdim edilən qanun layihəsində İsraildən Nüvə Silahların Yayılmasının Qarşısının alınması” müqaviləsinə qoşulması, nüvə silahlarından imtina etməsi, nüvə sınaqlarına son qoyması və nüvə obyektlərini beynəlxalq yoxlamalar üçün açması tələb edilirdi. Qanun layihəsində həmçinin İsrailin Nüvə Silahların Yayılmasının Qarşısının alınması” müqaviləsinə qoşulmayan tək Yaxın Şərq ölkəsi olduğu vurğulanıb.

 

(BMT) ümumi iclasında qəbul olunan qərarların məcburedici xüsusiyyəti olmasa da  beynəlxalq cəmiyyətin ümumi mövqeyinin əks etdirilməsi baxımından əhəmiyyət daşıyır.

 

/Publika/