“Onlar 16 kəndə od vuraraq, hamısını tamamilə yandırıblar”…
“Onlar 16 kəndə od vuraraq, hamısını tamamilə yandırıblar”.
“Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Borno ştatında son 4 gün ərzində azı 16 yaşayış məntəqəsini talayıblar, ən azı 100 nəfər öldürülüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ştat administrasiyasının rəsmi nümayəndəsi Musa Bukar bildirib.
“Onlar 16 kəndə od vuraraq, hamısını tamamilə yandırıblar”, deyə o bildirib.
Məlumata görə, viran edilən yaşayış məntəqələrindən qaçan əhali Çad gölündəki adalarda məskunlaşıb.