Boliviya qondarma “erməni soyqırımı”nı tanıdı

Bu ölkənin parlamenti bəyannamə qəbul edib…

Bu ölkənin parlamenti bəyannamə qəbul edib.

Boliviyanın qanunverici parlamentinin məclisi yekdilliklə qondarma “erməni soyqırımı”nı təkzib edən siyasəti pisləyən bəyannamə qəbul edib.

Oxu.Az xəbər verir ki, bu bəyannamə 26 noyabr da keçirilən isclada qəbul edilib.

Senatın sədri Conia Qardia Melqar bəyan edib ki, “Bəyannamə XİN, Senat və deputatlar palatasının razılığı ilə qəbul edilib”.

“Biz erməni və kürdlərə həmrəylik və dostluğumuzu ifadə edirik, belə ki, bizim Konstitusiya insan haqlarının pozulmasına və soyqırımlara qarşıdır”, – o, qeyd edib.

O, əlavə edib ki, bununla Türkiyə dövlətinin 1915-23-cü illərdə ermənilərə qarşı törətdiyi  cinayəti nəzərdə tutur.

www.oxu.az