Böyük Britaniyanın Azərbaycandakı səfiri Xocalı faciəsinin ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Xocalı faciəsi zamanı insanların həyatlarını faciəvi şəkildə itirməsi ilə bağlı Azərbaycana başsağlığı verib…

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Xocalı faciəsi zamanı insanların həyatlarını faciəvi şəkildə itirməsi ilə bağlı Azərbaycana başsağlığı verib. Bu barədə Trend Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin facebook səhifəsinə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, Azərbaycan bu gün Xocalı faciəsinin 22-ci ildönümünü anır.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

/Trend/