Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri dekabrın 21-də Azərbaycanda saxlanılan ermənilərə – 3 hərbi əsirə və 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, başçəkmə zamanı saxlanılanlara 3 “Qızıl Xaç ” məktubu verilib, 6 “Qızıl Xaç ” məktubu alınıb.
Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.
Tərəflər arasında əldə olunan razılığa görə, martın 17-də Ağdam rayonunda BQXK-nın vasitəçiliyi ilə Azərbaycan erməni tərəfə mülki şəxs Artur Badalyanı təhvil verib. Əsirlikdə olan azərbaycanlı hərbi qulluqçu Anar Hacıyev isə Azərbaycana qaytarılıb.
Bir müddət öncə isə Azərbaycan əsirlikdə olan 3 erməni hərbçini onların razılığı ilə üçüncü ölkəyə göndərib… Trend