Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 21-də saat 14.30-dan 14.40-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;
– saat 14.25-dən 14.40-dək və 22.30-dan 22.45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Düşmən cavab atəşi ilə susdurulub.