BQXK nümayəndələri erməni əsirliyində olan Azərbaycan əsgərinə və Azərbaycanda saxlanılan erməni ailəsinə baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri erməni əsirliyində olan Azərbaycan Ordusunun əsgərinə baş çəkiblər. Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, başçəkmə yanvarın 30-da həyata keçirilib. Əsirə ailə məlumatları ötürülüb…

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri erməni əsirliyində olan Azərbaycan Ordusunun əsgərinə baş çəkiblər. Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, başçəkmə yanvarın 30-da həyata keçirilib. Əsirə ailə məlumatları ötürülüb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu ötən ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

Fevralın 7-də isə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə – bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər.

Saxlanılan şəxslərə ailə məlumatları ötürülüb.

Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.

/APA/