“Vladimir Putinin bu addımı suverenlik ətrafında gedən mübahisələri yenidən gündəmə gətirdi”.
Karnegi fondunun baş eksperti, “Qara bağ” kitabının müəllifi, jurnalist Tomas de Vaal, analitik məqaləsində krım böhranı fonunda qarabağ münaqişəsinin tənzimlənməsi perspektivlərindən yazır.
Oxu.Az Haqqın.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı “Azadlıq” radiosunun erməni xidməti verib.
Krım anneksiyasının təsiri postsovet ərazisində qalmaqda davam edir.
“Vladimir Putinin bu addımı yenə də regionda 90-cı illərdə yaranmış, suverenlik haqqında mübahisələrlə dolu Pandora qutusunu yenidən açdı. Hal-hazırda Qafqazda əsas iştirakçılar həll edilməmiş münaqişələr üçün bu addımı dəyərləndirirlər”, – ekspert yazır. Eyni zamanda, indi regionda olan ən qədim və iri problem olan Dağlıq Qarabağ problemini aktiv etməyin heç də əlverişli zaman olmadığını qeyd edir.
“Uzun illər boyu Rusiyanın Qarabağ məsələsində münaqişənin gedişatına müdaxilə və1994-cü ildə atəşkəsin elan edilməsi barəsində razılığın əldə edilməsindən başlayaraq, ATƏT-in Minsk qrupu ilə əməkdaşlığa qədər müxtəlif rolları olub.
Bu dəyişib? Çox güman ki, Minsk qrupu mövcudluğunu davam edəcək. Amma Minsk qrupunun münaqişənin sülh yolu ilə həll olunmasını təmin etmə imkanı çox zəifdir və Putinin Qarabağ məsələsində hesablamaları yəqin ki, öncəkilərdən fərqlənəcək.
Krım böhranından sonra Ermənistan və Azərbaycan Qarabağla bağlı mövqelərini sərtləşdirib” – deyə analitik qeyd edir.
“Ermənistan prezidenti Serj Sarkisyan Putinə zəng edərək ona cüzi əməkdaşlıq etmiş oldu. Bu isə Ukraynanın öz səfirini Ermənistandan geri çıxarmaq üçün yetərli oldu. Sarkisyan Putinin birinci addımını Krımda referendumun keçirilməsini dəstəkləsə də, Krımın anneksiyasına Rusiyanın haqqı barədə bir kəlmə də deməyib. Bununla da Sarkisyan Qarabağ ermənilərinin referendum yolu ilə ayrılmağa haqlarının olduğu barədə Ermənistanın mövqeyini təsdiqlədi”, – Vaal yazır.
“Sirr deyil ki, Azərbaycan Rusiyanı əsassız təhqir etməmək üçün susqunluğunu qoruyaraq Ukraynaya üstünlük verir”, deyə analitik davam edir.
İlham Əliyevin Novruz bayramı zamanı çıxışı çox sərt idi. O, yalnız Qarabağın deyil ,eləcə də Ermənistanın digər ərazilərinin də “tarixi Azərbaycan torpaqları” olduğunu bəyan edib.
İki ölkənin prezidentləri Haaqada keçirilən Nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak ediblər. Onlar üz-üzə deyil, vasitəçilərlə görüşüblər.
“Strateji uzaqgörənliyə malik olsaydılar, onlar Krım böhranını Qarabağda münaqişəsini həll etmək üçün nəzərdən keçirərdilər. Amma Ermənistan və Azərbaycan arasında inamın yaranması mümkünlüyü o qədər aşağıdır ki, çox güman ki, Krım sülh əldə etmək üçün növbəti maneəyə çevriləcək”, – britaniyalı ekspert sözünü yekunlaşdırıb.