Qərb Azərbaycanı daha da aktiv dəstəkləməli və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT-nin Təhlükəsizlik Şurasının hələ də icra olunmamış dörd qətnaməsinə uyğun olaraq həllini təşviq etməlidir…
Qərb Azərbaycanı daha da aktiv dəstəkləməli və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT-nin Təhlükəsizlik Şurasının hələ də icra olunmamış dörd qətnaməsinə uyğun olaraq həllini təşviq etməlidir. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Parlamentinin Şotlandiyadan olan millət vəkili Angus MacNeyl Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) suallarını cavablandırarkən deyib.
A.MacNeyl Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Qərbin Azərbaycana daha artıq dəstək göstərməsinin və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çəkilməsini tələb edən BMT qətnamələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. /Trend/