Bu gün Azərbaycanın Milli Qəhrəmanının doğum günüdür

Ağır köçkün həyatı ona təhsilini davam etdirməyə imkan vermədi…

Ağır köçkün həyatı ona təhsilini davam etdirməyə imkan vermədi.

Azərbaycanın Milli Qəhrəmanı Mehman Sayadov 1972-ci ilin noyabr ayının 21-də anadan olub.

Oxu.Az xəbər verir ki, Mehman Sayadov Qərbi Azərbaycanda dünyaya göz açıb. Ermənilər tərəfindən zorla doğma ev-eşiklərindən qovulan Sayadovlar ailəsi Azərbaycanın Samux rayonunun Sarkar kəndində sığınacaq tapıblar, orada Mehman səkkizinci sinfi bitirib.

Ağır köçkün həyatı ona təhsilini davam etdirməyə imkan vermədi. Məktəbdən sonra Mehman kənd təsərrüfatı ilə məşğul olurdu. 18 yaşına çatanda Sovet ordusu sıralarına xidmətə çağırılır. Yarım il Sverdlovsk vilayətində xidmət edən Mehman Azərbaycana qayıdır.

1991-ci ilin noyabr ayının 5-də M.Sayadov “Azərbaycan bayrağı” könüllülər batalyonuna yazılaraq cəbhəyə yollanır. Mehman Şuşa rayonunun Kosalar və Nəbilər kəndi uğrunda döyüşlərdə cəsarət və şücaət nümayiş etdirib.  

Azərbaycan Respublikasının prezidentinin 1992-ci il 7 iyun sərəncamına əsasən Mehman Qəzənfər oğlu Sayadova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

www.oxu.az