Bu il Azərbaycanda POS-terminalların sayının iki dəfədən çox artacağı gözlənilir

Azərbaycanda 2014-cü il ərzinə POS-terminalların ümumi sayının 70-80 minə çatdırılması planlaşdırılır…

Azərbaycanda 2014-cü il ərzinə POS-terminalların ümumi sayının 70-80 minə çatdırılması planlaşdırılır. «APA-Economics»in xəbər verdiyi kimi, bunu vergilər naziri Fazil Məmmədov bəyan edib.

 

Qeyd edək ki, Mərkəzi Bankın statistik göstəricilərinə əsasən, hazırda ölkə üzrə 33,3 min POS-terminal mövcuddur və bunun 29 minə yaxını Bakıda quraşdırılıb. Beləliklə, il ərzində POS-terminalların sayında 2 dəfədən çox artım gözlənilir.

 

F.Məmmədovun sözlərinə görə, artıq bu sahədə banklarla iş aparılır. Bildirilib ki, POS-terminalların sayının artırılması ölkədə nağdsız ödənişlərin inkişafı və stimullaşdırılması üçün və eyni zamanda əmək haqqının və digər ödənişlərin plastik kartlarla alınması prosesinin sürətləndirilməsindən irəli gələn zərurətdir.

 

Apa.az