Cəbhədəki son vəziyyət – RƏSMİ

Ağdam, Cəbrayıl, Füzuli rayonları istiqamətində gərginlik var…

Ağdam, Cəbrayıl, Füzuli rayonları istiqamətində gərginlik var.

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Bu barədə Oxu.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az