Cəbhədən son xəbər

Ermənilər dünən və bu gecə atəşkəsi pozub…

Ermənilər dünən və bu gecə atəşkəsi pozub.

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Ağdam rayonunun Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

www.oxu.az